mobil versiya

Şuşa Bəyannaməsindən sonra Türkiyə ilə münasibətlər daha da dərinləşir- Ceyhun Bayramov



Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasında münasibətlər daha da dərinləşir.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, enerji sahəsi iki ölkə arasında mövcud münasibətlərin uğurlu istiqamətlərindən biridir və yaxın zamanda Türkiyə və Şərqi Avropa bazarlarına çıxarılan Azərbaycan təbii qazının həcminin artması baş tutacaq.
C.Bayramov, həmçinin əlavə edib ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası 2024-cü ildə başa çatacaq.

KARUSEL / SİYASƏT
Tarix: 31-07-2023, 14:36