mobil versiya

Çində uşaqlar üçün telefon məhdudiyyəti: Maksimum iki saat istifadə edilə bilər




Çin uşaqların smartfon istifadəsinə məhdudiyyətlər qoymağa hazırlaşır. Qanun layihəsi qanuna çevrilərsə, uşaqlar gündə maksimum iki saat smartfondan istifadə edə biləcəklər. Çin texnologiya nəhənglərinin səhmləri qanun layihəsinin gündəmə gəlməsi ilə ucuzlaşıb.
"TRT Haber"in məlumatına görə, Çin uşaqların telefon istifadəsinə yeni məhdudiyyətlər qoymağa hazırlaşır. Kiber Kosmos İdarəsi tərəfindən hazırlanan layihə ictimai rəyə açıldı.
Qanun layihəsində göstərilir ki, 16-18 yaş arası uşaqlar gündə 2 saat, 16 yaşından aşağı olanlar isə cəmi bir saat telefondan istifadə edə bilərlər.
8 yaşdan aşağı olanlar üçün nəzərdə tutulan vaxt cəmi 8 dəqiqədir. Bundan əlavə, səhər saat 22:00-dan səhər saat 06:00-dək uşaqların internetə çıxışı dayandırılacaq.
Telefon və proqram istehsalçıları yeni qaydalar üçün "Uşaqlar rejimi"ni işə salmalı olacaqlar. Qanun layihəsinin gündəmə gəlməsi ilə Çin texnologiya şirkətlərinin səhmlərindəki eniş diqqət çəkib. Həftənin əvvəlindən Alibaba səhmləri 5 faizə yaxın, Tencent səhmləri isə 6 faiz ucuzlaşıb.
Pekin 2019-cu ildə uşaqların internetdən və oyunlardan istifadəsinə məhdudiyyətlər tətbiq edib. Ölkədə yaşı 18-dən aşağı olanlar axşam saat 22:00-dan səhər saat 08:00-a qədər onlayn oyunlar oynaya bilməz. Səlahiyyətlilər, qaydaların uşaqların sağlamlığı və təhsili üçün zəruri olduğunu iddia edirlər. Lakin sərt məhdudiyyətlər Çin texnologiya şirkətlərinin gəlirlərinin azalmasına səbəb olur.
KARUSEL / DÜNYA
Tarix: 3-08-2023, 15:06