mobil versiya

Azərbaycan Ukraynaya minatəmizləmə maşını göndərir - Yardım paketinin həcmi artırılır



Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatı Azərbaycan səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “RBK Ukrayna” hökumət portalına istinadən məlumat yayıb.
Danışıqlarda əsas mövzu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.
Bundan başqa, tərəflər humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün Azərbaycan ərazisində gələcək təlimlərin təşkili məsələsini müzakirə ediblər.
“Biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik”, - səfir qeyd edib.(apa)


KARUSEL / DÜNYA
Tarix: 11-08-2023, 16:14