“Zəngin əclafları müalicə etmək üçün ukraynalı uşaqların orqanlarını çıxarırlar”- LUKAŞENKO
“Ukraynalı uşaqları Qərbə aparırlar və orqanlarını zəngin əclafları müalicə etmək üçün çıxarırlar”.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, azyaşlıların sağlamlığının yaxşılaşdırılması məsələlərini dəstəkləmək və həll etmək üçün Rusiya lideri Vladimir Putinlə razılaşdığını bildirib.
“Uşaqların heç bir günahı yoxdur. Uşaqlar Belarus və Rusiyaya sükut axtarışına gəlirlər. Putinlə razılaşdıq ki, bu səfərləri ittifaq büdcəsindən maliyyələşdirək. Biz bunu etmişik və bundan sonra da qınaqlara baxmadan edəcəyik. Anlasınlar ki, uşaqları Ukraynadan çıxarırlar, parçalara ayırırlar, orqanlarını çıxarırlar. Onlar öz varlı əclaflarını müalicə etməyə çalışırlar. Biz bu uşaqları müalicə etmişik və müalicə etməyə davam edəcəyik”, – Lukaşenko qeyd edib.
KARUSEL / DÜNYA
Tarix: 11-08-2023, 16:44