mobil versiya

Qəbiristanlıqda tapança və qumbara tapıldı




11.09.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən gizlətdiyi bir ədəd RQN markalı əl qumbarası, bir ədəd UDZ partladıcısı və bir ədəd tapança Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindəki qəbiristanlıq ərazisində aşkar edilərək götürülüb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 12-09-2023, 17:44