XİN-ə diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb
Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsi üzrə qeydiyyat başlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, XİN-ə diplomatik xidmətə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50 Faizdən yuxarı (Çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40 faizdən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Tələb olunan şərtləri ödəyən namizədlər imtahanda iştirak etmək üçün sentyabrın 19-20-də (saat 18:00-dək) DİM-in saytında ödəniş edib qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi sentyabrın 23-də, danışıq bloku imtahanı isə sentyabrın 24-də keçiriləcək. Yuxarıda göstərilən müddət ərzində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 23-də və 24-də keçiriləcək imtahanlarda iştirak edə biləcəklər.
Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.
İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
KARUSEL / CƏMİYYƏT

Tarix: 19-09-2023, 10:56