mobil versiya

XİN-də diplomatik xidmətə işə qəbul olmaq üçün imtahan verəcək şəxslərin nəzərinə



Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 24-də Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul üzrə xarici dil biliyini yoxlayan danışıq bloku üzrə imtahan keçiriləcək. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən inzibati binasında olacaq.
DİM-dən bildirilib ki, danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Namizədlər kompüter proqramı ilə “demo- trenajor”undan tanış ola bilərlər. Yalnız ikinci mərhələ imtahanı üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın “demo” versiyası ilə tanış ola biləcəklər.
“Demo-trenajor” Azərbaycan, ingilis, alman və fransız dillərində təqdim olunur, lakin imtahanda bütün iddiaçılara qeydiyyat zamanı seçdikləri müvafiq xarici dilə uyğun imtahan sualları təqdim olunacaq.
İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə edilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 21-09-2023, 12:11