Bu ölkənin vətəndaşları İsveçdən deportasiya olunub
İsveç hakimiyyəti 26 İraq vətəndaşını deportasiya edib.
Bu barədə "Sveriges Radio" məlumat yayıb.
Məlumata görə, deportasiya olunanların yola salındığı təyyarədə, həmçinin islah xidmətinin əməkdaşları və polis işçiləri, eləcə də miqrantlardan bir neçəsinin marağını müdafiə edən vəkil də var.
Qeyd edək ki, İsveç sonuncu dəfə 2012-ci ildə İraq vətəndaşlarını deportasiya etmişdi. O vaxt Bağdad deportasiya olunan şəxsləri qəbul etməkdən imtina edib.
KARUSEL / DÜNYA
Tarix: 26-09-2023, 15:01