mobil versiya

Gürcüstanda dövlət bayraqları endirilib



Gürcüstanın dövlət və hökumət qurumlarının inzibati binalarında Suxuminin işğalının 30-cu il dönümü və Abxaziya müharibəsində həlak olanların xatirəsinin yad edilməsi münasibətilə dövlət bayraqları endirilib.
İl dönümü ilə bağlı Gürcüstan parlamentinin, nazirliklərin, hökumət administrasiyası və Prezident Administrasiyasının qarşısında dövlət bayrağı endirilib.
Gürcüstanın Baş naziri İrakli Qaribaaşvili il dönümü ilə əlaqədar bəyan edib ki, işğal altındakı regionların azad edilməsi və ölkənin birləşdirilməsi Gürcüstan dövlətinin və cəmiyyətinin qarşısında əsas problem olaraq qalır.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan münaqişənin sülh yolu ilə həllinə sadiqdir.

KARUSEL / DÜNYA
Tarix: 27-09-2023, 10:25