Prezident İlham Əliyev: Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik
Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında söyləyib.
Dövlətimizin başçısı bildirib: “Biz bu sahəni Azərbaycanda inkişaf etdirməyə davam edirik”.
Prezident əlavə edib ki, bu gün Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək.
Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.
KARUSEL / SİYASƏT
Tarix: 2-10-2023, 11:07