mobil versiya

Ölkə idmançılarının oktyabr üçün reytinq cədvəli açıqlanıb



Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.
540 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. Stend atıcılığı üzrə yığma (MİX) üçüncü sıraya yüksəlib.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

KARUSEL / İDMAN
Tarix: 3-10-2023, 09:41