“Putin bizim qarşımızda davam gətirəcəyini düşünürsə, yanılır” – ABŞ
Həftə sonu hökumətin işinin dayandırılmasının qarşısı çətinliklə alındıqdan sonra bazar ertəsi Bayden administrasiyasının nümayəndələri Ukraynaya yardım axınını davam etdirməyi vəd ediblər.
“Ukraynaya dəstək təkcə Ukraynaya aid deyil – söhbət bizim yaşamaq istədiyimiz dünyadan gedir… Prezident Putin kimi avtoritar xadimlərin suveren ölkələrlə istədiyini edə bildiyi dünya hamı üçün çox təhlükəlidir”, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller gündəlik brifinqdə bildirib.
Öz növbəsində, Ağ Ev bildirib ki, Vaşinqton “tezliklə” Ukraynaya növbəti yardım paketini göndərəcək.
“Bizim Putinə mesajımız belədir: Ukraynanın arxasında çox güclü beynəlxalq koalisiya dayanır. Və Putin bizim qarşımızda davam gətirəcəyini düşünürsə, yanılır”, deyə mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinqdə bildirib.
“Biz heç bir halda Amerikanın Ukraynaya dəstəyinin dayandırılmasına yol verə bilmərik. Müttəfiqlərimiz, əleyhdarlarımız və dünya bunu görəcək”, deyə o qeyd edib.(Turan)
KARUSEL / DÜNYA
Tarix: 3-10-2023, 14:39