mobil versiya

Bakıda beynəlxalq caz festivalı keçiriləcək



Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
Oktyabrın 6-da XVIII Bakı Beynəlxalq Caz Festivalı öz rəngarəng proqramı ilə musiqisevərlərin görüşünə gəlir.
"Oktyabrın 15-dək davam edəcək festivalın builki proqramı da olduqca zəngindir. Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.
Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, o cümlədən, “Gremmi” mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramları ilə çıxış edəcəklər.
Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.
Builki caz şöləninin proqramında gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” beynəlxalq müsabiqəsi də yer alıb. “Jazz & Vinyl” və “Gremmi” sahibləri ilə, tədqiqatçı Fuad Axundov ilə görüşlər, rəssam Eldar Qurbanovun "Cazın ağ quşları" sərgisi də proqrama daxildir", - məlumatda deyilir.
Qeyd edilib ki, Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın rəsmi saytından (www.bakujazzfestival.com) əldə etmək mümkündür.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-10-2023, 12:05