mobil versiya

Prezident bu il yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə təqaüd ayırıb



Prezident İlham Əliyev 2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə
daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.




KARUSEL / CƏMİYYƏT
Tarix: 18-10-2023, 15:15