mobil versiya

İtkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadındır



Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edir.
Bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl qurultayında çıxışı zamanı deyib.
"Eyni zamanda itkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadın olmuşdur. Təəssüflər olsun ki, dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də Ermənistan tərəfindən onların taleyi ilə bağlı heç bir məlumat verilməyib. Bu bir həqiqətdir ki, baş verən bütün silahli münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların üzərinə düşür", - deyə o, əlavə edib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 19-10-2023, 11:54