mobil versiya

Avropa İttifaqında terrorizm riski artıb



HƏMAS-İsrail münaqişəsi Avropa İttifaqının təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər.
Bunu daxili işlər üzrə Avropa komissarı İlva Yohansson “El Pais” qəzetinə müsahibəsində deyib.
“Yaxın Şərqdə alovlanan münaqişə ilə əlaqədar terror təhlükəsi riski artıb”, - deyə İlva Yohansson bildirib. Onun sözlərinə görə, Avropa İttifaqına terrorçular gələ bilər. Lakin ən böyük risk Aİ-də yaşayan və “artıq radikallaşmış insanların terror aktları törədə bilməsidir”.
Avropa komissarının fikrincə, təhlükəsizliyin təmin olması sahəsində prioritetlərdən biri ictimai yerlərin və ibadətgahların mühafizəsini gücləndirməkdir. Həmçinin o, Brüsselin bütün diqqətini internet və sosial şəbəkələr tərəfindən qidalandırılan radikallaşma risklərinə və terrorizmin yeni texnologiyalar vasitəsilə maliyyələşmə yollarına cəmlədiyini vurğulayıb.
Bundan başqa, Brüssel Avropa Polis Agentliyinə (Avropol) daha çox səlahiyyət və resurs vermək istəyir.

KARUSEL / DÜNYA
Tarix: 26-10-2023, 12:24