Ukrayna Ali Radasının keçmiş deputatı güllələnib
Ukrayna Ali Radasının keçmiş deputatı Oleq Tsarevə qarşı sui-qəsd təşkil olunub.
Bu barədə hərbi müxbir Yuri Kotenok özünün "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, Oleq Tsarevə odlu silahdan atəş açılıb. Hazırda reanimasiyada olan keçmiş deputatın vəziyyəti ağırdır. "Biz Rusiya ilə birlikdəyik" ictimai hərəkatının sədri Vladimir Roqov da bu məlumatı təsdiqləyib.
Oleq Tsarevin yaxınları ona Yaltanın mərkəzində sanatoriya ərazisində odlu silahdan iki dəfə atış açıldığını təsdiqləyiblər. Cinayəti törədən şəxs hələlik müəyyən edilməyib.
Kreml nümayəndəsi Dmitri Peskov Ali Radanın keçmiş deputatına sui-qəsd xəbərini şərh etməyib və hələlik bu barədə məlumatının olmadığını deyib.
KARUSEL / DÜNYA

Tarix: 27-10-2023, 15:00