Hacıqabulda silah-sursat aşkarlanıb
Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidə sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Bundan əlavə sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 6-11-2023, 14:30