mobil versiya

Poliomielitin artması bu ölkənin səhiyyə işçilərini narahat edir


Poliomielit hadisələrinin artması səhiyyə işçilərini narahat edir.
Pakistanın altı rayondan daha doqquz ətraf mühit nümunəsi poliovirus üçün müsbət test edilib və bu il ölkə üzrə belə halların ümumi sayını 64-ə çatıb.
Milli Səhiyyə İnstitutunun Poliomielitlə Mübarizə üzrə Regional Referans Laboratoriyasının rəsmisinin sözlərinə görə, altı rayondan toplanmış doqquz kanalizasiya nümunəsi vəhşi poliovirus tip 1 (WPV1) üçün müsbət test edilib. Onun sözlərinə görə, genom ardıcıllığına əsasən, təcrid olunmuş bütün viruslar Əfqanıstanda dövr edən YB3A poliovirus klasterinə aiddir.
Çirkab su nümunələrində virusun aşkarlanmasından narahatlığını ifadə edən Federal Səhiyyə Naziri Nadeem Jan "Dawn"a açıqlamasında beş yaşdan kiçik uşaqların poliovirusa yoluxma riskinin yüksək olduğunu və bu, həssas uşaqlarda ömürlük iflicə səbəb ola biləcəyini söyləyib:“Bu xəstəliyin müalicəsi yoxdur; yalnız poliomielit peyvəndi davamlı qorunma təmin edə bilər". Ötən ay doktor N.Jan bildirib ki, Pakistanda poliomielitlə yoluxma hallarının 90 faizi Əfqanıstandan gətirilib.
Poliomielitin müalicəsi yoxdur və gücləndirici peyvənd uşaqları qorumaq üçün ən təsirli üsuldur. Poliomielit peyvəndi milyonlarla uşağı xəstəlikdən qorudu və dünyanın demək olar ki, hər bir ölkəsinə poliomielitdən azad olmağa imkan verib. Pakistan və Əfqanıstan dünyada yeganə iki endemik ölkə olaraq qalır.



KARUSEL / DÜNYA
Tarix: 10-11-2023, 10:34