mobil versiya

Uqandada Ebola virusuna yoluxma halları artır



Uqandada Ebola virusuna yoluxanların sayı 65-ə çatıb.
Ölkənin Səhiyyə Nazirliyi xəstəxanada hələ də aktiv xəstələrin sayının doqquz olduğunu, sağalanların ümumi sayının isə 26-ya yüksəldiyini bildirib.
Bununla belə, hökumət epidemiyanın tezliklə bitəcəyinə əmindir.
“Səhiyyə Nazirliyinin son rəqəmləri epidemiyanın həqiqətən də nəzarət altında olduğunu göstərir”, - qurumun açıqlamasında deyilir.
Qeyd edək ki, sentyabrın 20-də Uqandada ilk Ebola hadisəsi təsdiqlənib. Yoluxma paytaxt Kampaladan 153 kilometr aralıda yerləşən Mubende rayonunda qeydə alınıb.
Mənbə: rossaprimavera.ru

DÜNYA
Tarix: 23-10-2022, 14:19