mobil versiya

Fuad Nağıyev:"Dövlət Turizm Agentliyi daxilində 3 ali təhsil ocağı fəaliyyət göstərir"



Bakıda Dövlət Turizm Agentliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü"nün açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən agentliyin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycan İƏT dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verib. Deyib ki, turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir: "Əsas məqsədimiz Azərbaycanı ən çox ziyarət olunan turizm istiqamətlərindən birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən xoş hisslərlə ayrılırlar. Turizmin inkişafında ən önəmli amillərdən biri - insan resurslarının inkişafı bu sahədə böyük önəm daşıyır. Hazırda Azərbaycanda Dövlət Turizm Agentliyi daxilində 3 ali təhsil ocağı fəaliyyət göstərir. Ümumilikdə, ölkəmizdə 17 ali təhsil ocağında turizm sahəsində təhsil aparılır".
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri çıxışında tədbirin önəmindən bəhs edib. O, bildirib ki, sabah tədbirin 2-ci günündə qəbul ediləcək Bakı Bəyannaməsi ilə bir daha qeyd olunan məqamlar üzrə əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi öz əksini tapacaq: "Mən bir daha bütün üzvləri bu münasibətlə təbrik etmək istəyirəm".

KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-12-2023, 11:07