Ümrə ziyarəti adıyla Səudiyyə Ərəbistana getmək istəyənlər Pəncabda təyyarədən endirilib
Pakistan Federal Təhqiqat Agentliyi (FIA) Pəncabdakı Multan Beynəlxalq Hava Limanında Ümrə zəvvarları adı altında Səudiyyə Ərəbistanına getməyə cəhd edən doqquz dilənçini saxlayıb və təyyarədən düşürüb.
SAMAA TV xəbər verir ki, altı qadın və üç kişidən ibarət qrup, Səudiyyə Ərəbistanına səfərləri üçün otel rezervasiyası və ya hər hansı digər qanuni məqsədlə bağlı sübut təqdim edə bilməyib. Əlavə araşdırmalardan sonra saxlanılan şəxslər Səudiyyə Ərəbistanında olduqları müddətdə dilənçiliklə məşğul olmaq niyyətində olduqlarını etiraf edib.
Daha sonra onlar əlavə araşdırma üçün FİA-nın insan alverinə qarşı mübarizə şöbəsi tərəfindən nəzarətə götürülüb.
Bu əməliyyat FIA-nın Məkkəyə kiçik həcc ziyarəti olan Ümrəni yerinə yetirmək istəyən şəxsləri istismar edən dilənçilik halqaları ilə mübarizə aparmaq üçün həyata keçirdiyi bir sıra səylərin sonuncusudur.
Bundan əvvəl FİA rəsmiləri dini ziyarət bəhanəsi ilə Səudiyyə Ərəbistanına getməyə cəhd edən 24 şübhəli dilənçinin qarşısını alıb.
Xaricdəki Pakistanlılar və İnsan Resurslarının İnkişafı Nazirliyi əvvəllər bu məsələni Senatın Xaricdəki Pakistanlılar üzrə Komitəsinə qaldırıb.
KARUSEL / DÜNYA
Tarix: 4-12-2023, 11:50