mobil versiya

Kuba prezidenti son 22 ildə İrana ilk dəfə səfər edib



Kuba Prezidenti Migel Dias-Kanel son 22 il ərzində İrana ilk dəfə səfər edib.
Tasnim agentliyi xəbər verir ki, bu, 2001-ci ildə Fidel Kastronun səfərindən sonra Kuba Prezidentinin İslam Respublikasına ilk gəlişidir.
Tehranda Migel Dias-Kaneli İran Prezidenti İbrahim Rəisi qarşılayıb. Tərəflər danışıqların nəticələri üzrə əməkdaşlıqla bağlı bir sıra saziş və memorandumlar imzalamağı planlaşdırırlar.

KARUSEL / DÜNYA
Tarix: 4-12-2023, 12:19