mobil versiya

Beynəlxalq Könüllülər Günü münasibətilə İƏT müraciət edib



İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iqtisadi və sosial inkişafa sadiqliyini təsdiq etmək üçün BMT Baş Assambleyasının mandatına uyğun olaraq, dekabrın 5-də Beynəlxalq Könüllülər Gününü qeyd edir.
Bu barədə təşkilatın Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə yaydığı müraciətdə deyilir.
Müraciətdə qeyd olunub ki, bu əlamətdar gün münasibətilə təşkilatın Baş katibi Hissein Brahim Taha üzv dövlətlərə müraciət edərək, öz icmalarında könüllülüyü təşviq etməyə, İƏT-in yoxsulluğun azaldılmasına yönəlmiş 10 İllik Fəaliyyət Proqramının (POA) məqsədlərinə nail olmaq, aclığın aradan qaldırılması və humanitar yardımın göstərilməsi üçün könüllüləri ən yaxşı şəkildə dəstəkləməyə çağırıb. Bu əməkdaşlıq ərzaq təhlükəsizliyi, torpaq və su ehtiyatlarının idarə edilməsi, kiçik miqyaslı inkişaf layihələri, səhiyyə və təhsil kimi bir çox sahələrdə münaqişədən sonrakı sülh quruculuğu prosesinə diqqət yetirməklə, digər inkişaf tərəfdaşları ilə qarşılıqlı fəaliyyət üçün də çox vacibdir.
Baş katib vurğulayıb ki, könüllülük mərhəmət, rəğbət və sosial məsuliyyətin fəzilətlərini vurğulayan İslam təlimlərində dərin kök salıb.
İƏT bütün dünyada bu əsas İslami dəyərləri təcəssüm etdirən, öz vaxtlarını və təcrübələrini humanitar yardım, təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi və icma inkişafı kimi müxtəlif sahələrə həsr edən könüllülərin töhfələrini təqdir edir və dəstəkləyir.
Baş katib davamlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas alət qismində İƏT-ə üzv dövlətlərdə könüllülüyün təşviqində xalqlar arasında əməkdaşlıq və birliyin həlledici rolunu bir daha vurğulayıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-12-2023, 11:08