Qərb terrorçulara uçuş təlimləri verir - Yaşar Gülər
Qərb terrorçulara uçuş təlimləri verir.
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
"Terror təşkilatlarını öz torpaqlarımızdan, xalqımızdan, sərhədlərimizdən uzaq tutmağa borcluyuq. Bəzi dost ölkələr terrorçulara hər cür dəstək verir. Qərb terrorçulara uçuş təlimləri keçir", - deyə nazir bildirib.
"Təəssüflər olsun ki, Qəzzaya humanitar yardım məsələsində dünya zəifləyib. Bu günə kimi 12 təyyarə ilə 223 ton yardım vasitələri göndərmişik. Bundan əlavə, iki mülki gəmi ilə bölgəyə 262 ton yardım çatdırılıb. İki sahə xəstəxanasının qurulması üçün yerlərin müəyyən edilməsi işlərimiz davam edir. Türkiyəli jurnalistlər gərgin qarşıdurma şəraitində baş verənləri bizə və bütün dünyaya çatdırırlar", - nazir əlavə edib.(trend)
KARUSEL / DÜNYA
Tarix: 11-12-2023, 13:33