mobil versiya

"Ermənistanda əsirlikdə olan hərbçilərimizin qaytarılması təmin ediləcək" - Baş prokuror



Azərbaycanın Ermənistanda əsir saxlanılan iki hərbçisinin qaytarılması təmin olunacaq.
Bunu Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsirlikdə olan iki hərbçimiz ölkəyə qaytarılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikasının 32 erməni hərbçini, Ermənistan Respublikası isə 2 azərbaycanlı hərbçini azad edir.(apa)

KARUSEL / CƏMİYYƏT
Tarix: 12-12-2023, 13:27