mobil versiya

Dohada İslam ölkələrində iqtisadi inkişaf məsələləri müzakirə olunub



Qətər Dövlətinin paytaxtı Doha şəhərində İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) 39-cu Baş Assambleyası keçirilib.
İƏT-in Baş Katibliyi xəbər verir ki, təşkilatın iqtisadi məsələlər Departamentinin baş direktoru Nağı Cabbarov tədbirin açılış mərasimində Baş katib Hissein Brahim Tahanın iştirakçılara müraciətinin mətnini oxuyub.
İƏT-in Baş katibi ICCIA-nın fəaliyyətinin təşkilata üzv dövlətlərin iqtisadiyyatlarının bərpası üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O əlavə edib ki, İƏT ticarət və investisiya, kənd təsərrüfatı, kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi, turizm və İslam maliyyə xidmətləri, infrastrukturun inkişafı, eləcə də qadınların və gənclərin məşğulluğu məsələlərini diqqət mərkəzində saxlayır. Baş katib, həmçinin ICCIA-nın Baş Assambleyasını İƏT-in Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı üzrə Nazirlərin 9-cu Konfransı (MCFSAD), Əmək Nazirlərinin 5-ci Konfransı (ICLM), habelə bu yaxınlarda keçirilmiş COMCEC-in 39-cu sessiyası qətnamələrinin vaxtında həyata keçirilməsi istiqamətində müvafiq qərar layihələri hazırlamağa çağırıb.
İclas ICCIA-nın adının İslam Ticarət və İnkişaf Palatası olaraq (ICCD) dəyişdirilməsi ilə bağlı ICCIA-nın 35-ci Direktorlar Şurasının tövsiyəsini təsdiqləyib. Tədbirdə, həmçinin ICCIA-nın yeni loqosu da təsdiq edilib.
İclasda, həmçinin ICCIA-nın 2023-cü il üçün proqram və layihələrinin icrasına dair hesabat, eləcə də 2023-cü il üçün maliyyə hesabatı nəzərdən keçirilib. Bu kontekstdə Palatanın İdarə Heyətinin iclasının Fəaliyyət və Proqramlarına dair tövsiyələr, habelə 2024-cü il üçün büdcə layihəsi təsdiqlənib.(azərtac)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-12-2023, 12:49