“HƏMAS” liderləri Türkiyədə görüşüb
Türkiyədə “HƏMAS” qruplaşması liderlərinin görüşü baş tutub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, təşkilatın siyasi bürosunun üzvü Saleh əl-Aruri Türkiyəyə Livandan, qrupun keçmiş rəhbəri Xalid Meşal isə Qətərdən gəlib. Görüşdə təşkilat rəhbərliyinin digər nümayəndələri də olub.
Ankara onların təhlükəsizliyinə zəmanət verib. Görüşün məqsədi Qəzza zolağında İsraillə müharibə ilə bağlı mövqelərin razılaşdırılması ola bilər.
İştirakçılar, ehtimal ki, atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni sazişin yaradılması imkanlarını, həmçinin “HƏMAS”ın Livan ərazisində əməliyyatlarının mümkünlüyünü müzakirə edə bilər.
“Reuters” agentliyinin məlumatına görə, dekabrın 17-nə olan məlumata görə, 19-u qadın və 2-si uşaq olmaqla, 129 nəfəri HƏMAS əsit saxlayır.
İşğalçı İsrail ordusunu Qəzzanı bombalması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 18 min 500-dən çox fələstinli həlak olub.
İsrail tərəfdən ölənlərin sayı isə həftələrdir ki, yenilənmir.
KARUSEL / DÜNYA
Tarix: 18-12-2023, 17:21