mobil versiya

DİN-dən vətəndaşlara növbəti müraciət: "Apar o silahı təhvil ver!"



Daxili İşlər Nazirliyi əhalidə qanunsuz saxlanılan odlu silah-sursatla bağlı növbəti maarifləndirici videoçarx hazırlayıb.
Bu barədə DİN-dən bildirilib. Videoçarxda qeyd olunub ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir: "Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaqdır. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik".





KARUSEL / CƏMİYYƏT
Tarix: 20-12-2023, 14:12