Praqada universitetdə silahlı insident- 11 nəfər ölüb, 30-a yaxın yaralı var
Praqanın mərkəzində insanlara atəş açan hücumçu intihar edib.
Azpost.info xəbər verir ki, bunu Çexiya paytaxtının meri Boquslav Svoboda deyib.
Polis atəş açan şəxsin zərərsizləşdirildiyini təsdiq edib.
İlkin məlumatlara görə, atəş açan şəxs də daxil olmaqla 11 nəfər ölüb, 30-a yaxın insan yaralanıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır.
Polisin bildirdiyinə görə, hazırda bütün bina boşaldılıb, hadisə yerində ölənlərin cəsədi və onlarla yaralı var.
Polis qurbanlar və atışmanın hansı şəraitdə baş verdiyi barədə təfərrüatları açıqlamayıb. Bununla belə, Çarlz Universitetin İncəsənət fakültəsinin əməkdaşlarına göndərilən elektron məktubda deyilir ki, atəş açan şəxs binalardan birində olub və işçilərə “yerində qalmaq” əmri verilib.
“Heç yerə getməyin. Əgər siz ofislərdəsinizsə, onları kilidləyin, mebelləri qapının qarşısına qoyun və işıqları söndürün”, – məktubda deyilir.
**********
Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin fəlsəfə fakültəsində atışma olub.
Ölkənin daxili işlər naziri Vita Rakusanın sözlərinə görə, filologiya fakültəsinə gənc oğlan atəş açıb.
Nazir bunun tələbələrdən biri ola biləcəyini istisna etməyib.(Azpost.info)
KARUSEL / DÜNYA

Tarix: 21-12-2023, 20:09