Lənkəranda oğurluq etdiyi evi izi itirmək üçün yandıran şəxs saxlanılıb
Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb.Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 26-12-2023, 09:16