“Aİ-nin Ermənistandakı missiyası bizim üçün vacibdir” - Ararat Mirzoyan
Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyası İrəvan üçün həyati əhəmiyyət kəsb edir.
Ermənistan KİV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunanıstanlı həmkarı Yorqos Qerapetritis ilə birgə mətbuat konfransında bildirib.
“Aİ-nin mülki missiyası bizim üçün çox vacibdir, təhlükəsizlik baxımından həyati əhəmiyyət kəsb edir. Biz Aİ-nin bu missiyanı genişləndirmək qərarını alqışladıq”, - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının xarici işlər nazirləri Ermənistandakı mülki missiyaya daxil olan müşahidəçilərin sayını 138-dən 209 nəfərə çatdırıb.(report)
KARUSEL / GÜNDƏM
Tarix: 10-01-2024, 14:20