Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sərhəddə yeni ofisini açıb
Avropa İttifaqının Ermənistandakı Mülki Monitorinq Missiyası Sünik (Zəngəzur) bölgəsində mövcudluğunu genişləndirir.
Missiya bölgədə növbəti ofisini açıb.
Beləliklə Gorusdakı ofisə yeni açılmış ofis də əlavə edilib.
“Armenpress”in məlumatına görə, Aİ-nin Qafandakı missiyasının açılış mərasimində Aİ-yə üzv ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatları da iştirak ediblər.
Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Qafandakı mərkəzin sülh prosesinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
KARUSEL / GÜNDƏM
Tarix: 2-08-2023, 15:36