Almaniya hərbçiləri Ermənistan-Azərbaycan sərhədinə gəlir
Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə göndərdiyi mülki patrul missiyasının tərkibinə Almaniya polis qüvvələri də daxil edilib. Zəngəzur sərhədində 15 alman polis patrulu nəzarət edəcək.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
Onun sözlərinə görə, bu barədə Nazirlər Kabineti qərar verib. O, bildirib ki, Avropa missiyasının tərkibində Avropa İttifaqının müxtəlif ölkələrindən olan 100 polis fəaliyyət göstərəcək.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistana Fransa jandarm qüvvələri gələcəyi barədə məlumat açıqlanmışdı.
Avropa missiyası fevralın 20-dən fəaliyyətə başlayır.
KARUSEL / SİYASƏT
Tarix: 16-02-2023, 11:34