ABŞ-nin Rusiyadan uran idxal etdiyi üzə çıxıb –Bunun üçün Rusiyaya 1 milyard dollardan artıq vəsait ödənilib
Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edən ABŞ-nin öz ehtiyaclarını qarşılamaq üçün Rusiyadan uran idxal etdiyi üzə çıxıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sputnik” nəşri ABŞ Federal Statistika Xidmətinin paylaşdığı cari məlumatlara istinadla məlumat yayıb.
Məlumata görə, Rusiya ötən ilin noyabr ayından bəri ABŞ-a uran ixracatında birinci sıradadır. Qeyd olunur ki, ötən ilin ilk 11 ayında Rusiya uranı üçün ödənilən məbləğ 2010-cu ildən bəri ən yüksək həddə çatıb.
ABŞ statistik xidmətinin məlumatına görə, təkcə noyabr ayında Rusiya, İngiltərə, Yaponiya və Belçikadan idxal edilən uran üçün təxminən 191 milyon dollar ödənilib. Rusiya 96 milyon dollarla əsas uran ixracatçısı olub.
Eyni zamanda qeyd olunub ki, noyabrda Rusiyanın ABŞ-a tədarük etdiyi nüvə yanacağının dəyəri oktyabr ayı ilə müqayisədə yarıba-yarı artıb. Belə ki, ABŞ oktyabrda 63 milyon, sentyabrda 32 milyon, avqustda 504 milyon, iyulda isə 61 milyon dollar dəyərində Rusiya uranı idxal edib.
Bildirilib ki, Rusiya 2023-cü ilin ilk 11 ayında ümumilikdə ABŞ-a 1 milyard dollardan artıq uran tədarük edib.
KARUSEL / DÜNYA
Tarix: 16-01-2024, 12:07