mobil versiya

Sosial sahədə e-xidmətlərə 18 milyon müraciət qeydə alınıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ildə 18 milyon müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 8 milyon dəfə istifadə olunub.
Sosial ödənişlər üzrə 238 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 0,4 milyon e-arayış verilib.
Ötən il ərzində ümumilikdə nazirliyin informasiya bazalarına 422 milyon e-sorğu və müraciət qeydə alınıb.

KARUSEL / SOSİAL
Tarix: 16-01-2024, 17:37