"Almaniya ədalətli və dayanıqlı sülhə nail olmaqda hər iki ölkəni dəstəkləməyə hazırdır" - səfir
Almaniya Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün əldə edilməsinə fəal töhfə verməyə hazır olduğunu bildirir.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Mühüm regional təhlükəsizlik məsələlərin və Ermənistanla davam edən sülh prosesinin müzakirə olunacağı Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin rəhbərliyi altında iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayırıq. Almaniya ədalətli və dayanıqlı sülhə nail olmaqda hər iki ölkəni dəstəkləməyə hazırdır”.
KARUSEL / SİYASƏT
Tarix: 16-02-2024, 16:24