800-dən çox əlilliyi olan şəxsə 2700-ə yaxın robotik reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiqinə başlanan yeni xidmətlərdən biri də robotik terapiya xidmətidir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir ildə həmin mərkəzlərdə 800-dən çox əlilliyi olan şəxsə 2700-ə yaxın robotik reabilitasiya xidmətləri göstərilib.
Robot reabilitasiya sistemləri dayaq-hərəkət və sinir sisteminin sağlamlıq vəziyyətinin diaqnozu və müalicəsində istifadə olunur. Robotik terapiya fiziki terapiya prosesində əlilliyi olan şəxslərin intensiv və hərtərəfli neyroreabilitasiyasına, onlarda sinir sisteminin bərpasına, mümkün olan funksionallığı bərpa etməyə kömək edir.
Həmin terapiya üsulu insult, travmatik beyin və onurğa beyni zədələnmələri, parkinson, şaxəli skreloz, serebral iflic və digər diaqnozlu əlilliyi olan şəxslərin sosial-psixoloji və fizioterapevtik reabilitasiyasında tətbiq edilir.
KARUSEL / SOSİAL
Tarix: 22-02-2024, 15:44