mobil versiya

Dünya Bankı Ukraynaya 1,5 milyard dollar ayıracaq



Ukrayna Dünya Bankının DPL proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq.
Bu barədə Baş nazir Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, Kiyev martın sonuna qədər bu vəsaitə sahib ola biləcək.
“Dünya Bankının Direktorlar Şurası Ukraynaya inkişaf siyasətinə dəstək krediti çərçivəsində 1,5 milyard dollar ayrılması barədə qərarı təsdiqləyib. Bunun 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan gələcək”, – Şmıqal deyib.
Baş nazir tərəfdaşlarına Ukraynanın makro-maliyyə sabitliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, vəsait sosial və humanitar məqsədlərə, eləcə də ölkənin bərpasına yönəldiləcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-03-2024, 12:23