Asiya İnkişaf Bankı və ASAN Naxçıvanda texnoloji startap təşəbbüskları üçün müsabiqə elan edir
Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi texnoloji startaplar üzrə yeni proqramı üçün sənədlərin qəbuluna başlayır.
Bu dəfə Naxçıvan Muxtar Respublikasından olan gənc təşəbbüskarları və tələbələri aprel ayının aprelin 25-dək aşağlda qeyd olunan keçid vasitəsilə StartupFest Naxçıvan proqramına qoşulmağa dəvət edirik.
Ötən il Gəncədəki uğurlu təcrübəmiz Naxçıvannın texnoloji startap ekosisteminə töhfə verməyə kömək olacaq.
Proqramın məqsədi #yaşılenerji, #kəndtəsərrüfatı, #təhsil, dövlət sektorunda #innovasiyalar istiqamətində startapların formalaşmasına təkan vermək, eləcə də Naxçıvanda potensial təşəbbüskarlar arasında startap üzrə sahibkarlığa marağı və dəstəyi stimullaşdırmaqdır. Proqram çərçivəsində iştirakçılar üçün təlimlər və akselerasiya proqramı keçiriləcək. Xatırladaq ki, proqram üzrə Naxçıvan Muxtar Respublilkasındakı tərəfdaşımız Naxçıvan Dövlət Universitetidir.
İlkin qiymətləndirmə əsasında seçilən komandalar texnoloji startap sahəsində təcrübəli peşəkarlar tərəfindən silsilə təlimlərə cəlb olunacaq.
Proqramın yekun qaliblərini müxtəlif hədiyyələr gözləyir.
#StartupFestNaxçıvan AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardımı çərçivəsində təşkil olunur. Texniki Yardım Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
Startup Naxçıvan proqramına qoşulmaq üçün keçid: https://form.jotform.com/240882403430045
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-04-2024, 11:53