mobil versiya

Banqkok Asiyanın altı ölkəsi üçün “Şengen” zonasının analoqunu təklif edib



Banqkok inteqrasiya olunmuş turizmin inkişafı üçün Tailand və Cənub-Şərqi Asiyanın daha beş ölkəsi - Kamboca, Laos, Malayziya, Myanma və Vyetnam üçün birgə viza rejiminin tətbiqini təklif edib.
“VN Express” qəzeti xəbər verir ki, adı çəkilən ölkələrin liderləri Tailandın Baş naziri Sretta Tavisin tərəfindən irəli sürülən təşəbbüsü müsbət qarşılayıblar.
Birgə viza turistlərə Cənub-Şərqi Asiyanın bütün altı ölkəsini bir dəfəyə səyahət imkanı verəcək.
Nəşrin məlumatına görə, ötən il Cənub-Şərqi Asiyanın altı ölkəsi ümumilikdə 70 milyon xarici turist qəbul edib. Ən çox turist Çin və Hindistan vətəndaşları üçün vizasız rejim tətbiq edən Tailand və Malayziyaya gəlib.

KARUSEL / DÜNYA
Tarix: 8-04-2024, 17:36