Füzuli şəhərinə daha 39 ailə yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülüb.
İndiyədək Füzuli şəhərinə 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 29-04-2024, 08:18