mobil versiya

Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu başlayıb


Bu gün Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu başlayıb.
Forumda Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Denisa Sakova iştirak edirlər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya Biznes Forumda deyib ki, hazırda Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması nəzərdən keçirilir: "Ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib. Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb. 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb”.
Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova öz növbəsində vurğulayıb ki, Azərbaycan ilə Slovakiya arasında ikitərəfli əlaqələr, o cümlədən iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-05-2024, 10:06