Milli Məclisin sədri Sinqapur Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb.
Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Sinqapurun dövlət başçısına çatdırıb.
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Prezident Tarman Şanmuqaratnam bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladaraq, Azərbaycanla Sinqapur arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyi vurğulanıb.
Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb, ticari-iqtisadi əlaqələrin hazırki səviyyəsinin daha geniş əməkdaşlıq üçün yaxşı əsas yaratdığı bildirilib.
KARUSEL / SİYASƏT
Tarix: 15-05-2024, 10:58