Şuşaya növbəti 15 ailə yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan, həmçinin digər bölgələrdən yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 15 ailə - 57 nəfər köçürülüb.
İndiyədək Şuşa şəhərinə 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 30-05-2024, 07:53