mobil versiya

Azərbaycan ötən il iqlim dəyişikliyi ilə mübarizəyə 857 milyon manat xərcləyib



2023-cü ildə Azərbaycanın dövlət büdcəsindən iqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinə 856,9 milyon manat vəsait sərf edilib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Ötən il iqlim dəyişikliyi ilə mübarizə xərcləri büdcə xərclərinin 2,35 %-i qədər olub.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-05-2024, 11:41