mobil versiya

2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər olacaq?



2023-cü ildə Azərbaycanda proqnozlaşdırılan orta aylıq əməkhaqqının məbləği açıqlanıb. 
Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu barədə danışıb. 
O bildirib ki, 2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması proqnozlaşdırılır. 
T.Mirkişili əlavə edib ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur.

MANŞET / GÜNDƏM
Tarix: 3-11-2022, 13:20