mobil versiya

Saxlanılan şəxsdə tərkibi psixotrop maddələrlə zənginləşdirilən 23 kiloqram marixuana aşkarlanıb



DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 2001-ci il təvəllüdlü Vəlixan Şirinov saxlanılıb.
DİN bu barədə məlumat yayıb. 
Onun üzərindən və avtomobilindən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 23 kiloqram marixuana aşkarlanıb. 
V.Şirinov narkotik vasitəni İran vətəndaşı "Əhməd" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü bildirib. O, əvvəllər də bir neçə dəfə İranda yaşayan narkotacirlərin təklifi ilə kuryerlik etdiyini bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 14-06-2024, 17:37