mobil versiya

Həcc ziyarəti zamanı vəfat edənlərin sayı 1300 nəfəri keçib



Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yollanan zəvvarlarla bağlı məyusedici xəbərlər gəlməkdədir.

Yüksək temperatur səbəbindən həcc ziyarəti zamanı vəfat edənlərin sayı 1300 nəfəri keçib.

Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd Əbdürrəhman əl-Cəlacel Əl-İhbariyye bu il müqəddəs torpaqlarda həcc ziyarətinə gedən insanların sağlamlıq vəziyyəti ilə bağlı məlumat verib.

Bölgədə son dərəcə isti havanın müşahidə edildiyini bildirən Celacel, həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan bir çox insanın bundan təsirləndiyini deyib.

Qeyd edək ki, bir neçə gündür Səudiyyə Ərəbistanında havanın temperaturu 52 dərəcəyə öldürüb.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 24-06-2024, 12:13