Naxçıvanda velosiped yarışı keçiriləcək

Muxtar respublikanın Gənclər və İdman Nazirliyindən bildirilib ki, 14 yaşdan yuxarı hər kəsin qatıla biləcəyi yarışda iştirakçılar Heydər Əliyev Muzeyinin önündəki start xəttindən başlayaraq, öncədən müəyyənləşdirilmiş marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksinədək olan məsafəni qət edəcəklər.
İştirakçılar yarışa velosiped və idman geyimi ilə qatılmalı, şəxsiyyət vəsiqəsinin surətini təşkilatçılara təqdim etməlidirlər.
KARUSEL / İDMAN
Tarix: 9-07-2024, 18:17